Çənlibeldə yol qəzası

post-img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunun Çənlibel kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub. Müəyyən olunub ki, “Qazel” markalı yük avtomobili ilə “Lada Niva” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Avtomobildə sıxılı vəziyyətdə qalmış 1995-ci il təvəllüdlü İsmayılov Tural Xasay oğlunu xüsusi vasitələrin köməyi ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər