Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasında 1 halda liftdə qalma və Nizami rayonu ərazisində 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
FHN mətbuat xidmətinin məlumatına görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1-i azyaşlı olmaqla ümumilikdə 4 nəfər xilas edilib.
P.ƏMİRCANOV
XQ