Səyyar “ASAN xidmət” avtobusu bir neçə gündür ki, Xaçmaz şəhərində sakinlərə xidmət göstərir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Xaçmaz rayonunda 18 dəfə səyyar xidmət avtobusu, 3 dəfə “ASAN qatar” vasitəsilə, ümumilikdə, 21 dəfə səyyar xidmət gerçəkləşib. Bu dövr ərzində Xaçmaz rayonunda səyyar xidmət avtobusuna 67 min 731, “ASAN qatar”a isə 11 min 502 vətəndaş müraciəti daxil olub.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
Hazırda Xaçmaz şəhərində fəaliyyət göstərən Səyyar ASAN avtobusun növbəti dayanacağı Siyəzən rayonu olacaq.
FİDAN
XQ