Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə bir nəfərin bank kartından 353 manatının oğurlanması barədə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı qadın və 22 yaşlı qardaşı M.Muradov müəyyən olunaraq saxlanılıblar.
Şüvəlan qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsində isə “Khazar” markalı avtomobildən 1200 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin məntəqənin işçisi V.Həsənov saxlanılıb.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ