730 qrama yaxın heroin, tiryək və marixuana tutulub

post-img

Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş A.Hüseynov və V.Cəfərov saxlanılıb. 

DİN mətbuat xidmətinin məlumatına görə, onlardan 730 qrama yaxın çəkidə heroin, tiryək və marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər