Azərbaycanda sentyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 19-22°, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 45-55 faiz təşkil edəcək.
Sentyabrın 11-də Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 24-25° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 32-37° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.