Türk dünyasının ortaq əlifbası da olacaq

post-img

Bugünkü iclas tarixi hadisədir. Biz yazılı şəkildə ünsiyyət qurmalıyıq və buna nail olmalıyıq. Türkiyə, Azərbaycan, Özbəkistan və Türkmənis­tan artıq latın əlifbasından istifadə edir. İndi növbə Qazaxıstan və Qırğı­zıstanındır.

Bu sözləri mediaya açıqlamasında Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert Türk Dünyası Ortaq Əlifba Komis­siyasının sentyabrın 9-da Bakıda keçirilən üçüncü iclasında deyib.

Onun sözlərinə görə, Sovet İttifaqının dağılması ilə müstəqillik əldə etmiş türk respublikaları üçün bu gün yeni səhifə açı­lır: “Qazaxıstanın latın əlifbasına keçməsi 2025-ci ilə qədər baş verə bilər. Eyni za­manda, bir ildən sonra Birinci Türk Qurul­tayının 100 illiyi tamam olacaq. Türk dün­yasının ortaq əlifbası layihəsini 2026-cı ilə qədər başa çatdırmağı nəzərdə tuturuq”.

Türk Dilçilik Cəmiyyətinin rəhbəri əlavə edib: “Tarix bizim üzərimizə bu mə­suliyyəti qoyub və daha qətiyyətli olmalı­yıq. Hazırda türk dövlətləri arasında yaxın­laşma var. Ortaq türk əlifbası yaradaq və bununla da adlarımızı tarixə yazaq”.

Fidan SALMANOVA
XQ

Son xəbərlər