Türküstanda azərbaycanlı folklorşünasın ustad dərsi

post-img

Türküstan şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı, Türkiyə Elmlər Akademiyası, Türk Dil Qurumu və Əhməd Yəsəvi Bey­nəlxalq Türk–Qazax Universitetinin dəstəyi ilə türk dünyasının gənc alim­ləri üçün “Türkologiya” və “Yeni enerji texnologiyaları” mövzularında yay məktəbləri keçirilib. Yay məktəblərində türk ölkələrindən 37 tanınmış alim mühazirə oxuyub.

“Türkologiya” yay məktəbində AMEA Folklor İnstitutunun müasir folklor şöbəsi­nin müdiri, professor Füzuli Bayat Qırğı­zıstan, Türkmənistan, Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan və Monqolustan­dan olan gənc alim və tədqiqatçılara “Qə­dim türk mifologiyası” mövzusunda ustad dərsi keçib.

Bu barədə mətbuata Folklor İnstitutun­dan bildirilib. Mühazirədə türk mifologiya­sında dünya modeli, dünyanın üçlü struktu­ru, Tanrı-ruhlar, Tanrı-insan münasibətləri və s. məsələlərdən bəhs olunub. Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş elmi diskussiya apa­rılıb.

“Türkologiya” yay məktəbi çərçivə­sində gənc alimlər türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatı üzrə nəzə­ri və tətbiqi biliklərini dərinləşdirmək im­kanı əldə ediblər.

Son xəbərlər