Ölkəmiz AIPCE-nin toplantısında

post-img

Londonda Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplan­tısı keçirilib. 

Toplantıda ölkəmizi Azərbaycan Mət­buat Şurasının Beynəlxalq Əlaqələr Ko­missiyasının sədri Müşfiq Ələsgərli və qurumun İdarə Heyətinin üzvü Yadigar Məmmədli təmsil edib.

Tədbir AIPCE-yə üzv təşkilatların illik hesabatlarının təqdimatı və müzakirəsi ilə başlayıb. Ayrı-ayrı ölkələr üzrə mətbuat şuralarının hesabatlarının dinlənilməsindən sonra təşkilati məsələlərə baxılıb. Növbəti bir il üçün AIPCE-nin fəaliyyətini koordi­nasiya edəcək katiblik formalaşdırılıb. 

Toplantıda, həmçinin müasir media trendləri ətrafında da diskussiya gedib. “Süni intellektin jurnalistikaya təsirlə­ri”, “ChatGPT, Google Search və müəllif hüquqları”, “Peşəkar medianın mövcud problemləri və gələcək təhdidlərə qarşı dayanıqlılığın yaradılması”, “Rəqəmsal­laşma dövründə media şuralarının rolu” kimi mövzular üzrə panel sessiyalar təşkil olunub.

Qeyd edək ki, Avropa Müstəqil Mət­buat Şuraları Alyansı Avropa dövlətlərində fəaliyyət göstərən mətbuat şuralarının ko­ordinasiyasını həyata keçirən beynəlxalq təşkilatdır. Azərbaycan Mətbuat Şurası AIPCE-nin tamhüquqlu üzvüdür və onunla sıx əməkdaşlıq edir.

XQ

Son xəbərlər