Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 7-də və 8-də ümumi çəkisi 9,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları isə şəhər ərazisindən yabanı halda bitmiş 1,7 ton çəkidə 3022 ədəd çətənə kolu aşkarlayaraq məhv ediblər.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ