Qanunsuz saxlanılan silah-sursat götürülüb

post-img

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.

DİN mətbuat xidmətinin məlumatına görə, sentyabrın 7-də və 8-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 3 tüfəng və 7 ədəd patron aşkar edilərək götürülüb. 

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Sentyabrın 7-də və 8-də polis əməkdaşları 2 tüfəng təhvil götürüblər. 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər