Azərbaycan–Ermənistan: sərhəd üzrə komissiyaların əsasnaməsi razılaşdırıldı

post-img

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.

Komissiyaların birgə fəaliyyəti haqqın­da Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbay­can Respublikası və Ermənistan Respublika­sı dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.

Son xəbərlər