Jurnalistlər tərəfsiz olmalıdırlar

post-img

“Şuşa, Laçın, Xankəndi, Kəlbəcər, Zəngilan, eləcə də işğaldan azad olun­muş digər ərazilərimiz üzrə deputatlığa namizədlər artıq öz seçiciləri ilə doğma yurdlarında görüşürlər. 

Torpağı azad olan qarabağlılar azad şə­kildə öz seçimlərini edəcəklər. Azərbaycan ərazi bütövlüyünü tam təmin edəndən son­ra ilk dəfədir ki, parlament seçkiləri keçi­rir. Bu, qürurverici tarixi anlardır”.

“Seçki 2024” Müstəqil Media Mərkə­zinə açıqlamasında Unikal.az saytının baş redaktoru, Zaur Əhməd belə deyib.

O, seçki prosesində media nümayən­dələrinin iştirakı mövzusuna da toxunub: “Media haqqında” Qanunda, Seçki Məcəl­ləsində jurnalistlərin hüquqları və səlahiy­yətləri, seçki prosesini hansı formada işıq­landırmaları barədə müddəalar var. Media bu gün seçki prosesini lazımi formada işıqlandırmağa hazırdır. Əsas məqam odur ki, media bütün hallarda tərəfsizliyini qo­rumalıdır”.

Son xəbərlər