Dünən seçki bülletenlərinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb.
“Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nda öz əksini tapıb. Təqvim planına əsasən, prosesin avqustun 29-na qədər həyata keçirilməsi nəzərdə tutulurdu.
Xatırladaq ki, Milli Məclisə seçkilər üzrə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə MSK tərəfindən təsdiq edilib. Avqustun 15-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 milyon 516 min 567 seçki bülleteni çap olunub.