Milli Məclisə keçiriləcək seçkilərdə çoxsaylı siyasi partiyanın iştirakı Azərbaycanda ədalətli və demokratik seçki mühitinin olduğunu təsdiq edən amildir. Namizədlər arasında təcrübəli siyasətçilərlə yanaşı, gənclərin də sayının çox olması Azərbaycan cəmiyyətinin bütövlükdə seçkiyə diqqətindən qaynaqlanır. Təbii ki, bu da cəmiyyətin seçkilərinin şəffaflığına inamının göstəricisidir”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Qazaxıstan Jurnalistlər Birliyinin üzvü Nasixa Qumarkızı deyib. Qazaxıstanlı jurnalist bildirib ki, Azərbaycanda keçiriləcək seçkilərdə dünyanın hər yerindən beynəlxalq müşahidəçilərin iştirak etməsi ona olan diqqətin göstəricisidir: “Hesab edirəm ki, parlament seçkiləri ədalətli və demokratik ənənələrə uyğun keçiriləcək”.
N.Qumarkızı Azərbaycanda baş verən hadisələri yaxından izlədiyini deyib: “Azərbaycan qardaş ölkədir. Qarabağ, Şuşa, Xocalı mənə doğmadır. 30 illik işğala son qoyulduğuna görə indi Azərbaycan xalqı ilə birlikdə sevinirəm. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra yeni tarixi dövrə qədəm qoydu. İndi Qarabağı qurmaq, inkişaf etdirmək, azad edilmiş ərazilərdə şəhərlərin, rayonların, kəndlərin salınması prioritet hədəfdir. Bu baxımdan, Milli Məclisə seçkilərdə səsvermə prosesinin ilk dəfə azad olunmuş ərazilərdə də keçirilməsi, bu ərazilərə seçki hüququnun qaytarılması vacibdir”.