ATƏT müşahidəçiləri Ağcabədidə

post-img

“86 saylı Ağcabədi seçki dairə­si üzrə qeydiyyatda olan 55 min 205 seçici 54 seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək. Dairə üzrə 8 məntəqədə veb-kamera quraşdırılıb. İlk dəfə səsvermə hüququndan istifadə edəcək gənclərin sayı 833 nəfərdir. Dairə üzrə üç seçicimizin yaşı 100-dən çoxdur”.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 86 saylı Ağcabə­di DSK-nın sədri Famil İsmayılov deyib.

O bildirib ki, ahıl seçicilərin səsvermə hüququndan rahat istifadə etmələri üçün lazımi addımlar atılır: “Onların sağlamlıq vəziyyəti məntəqəyə gəlməyə imkan ver­mədiyi təqdirdə qanunvericiliyə uyğun şəkildə daşınan seçki qutularından istifadə ediləcək”.

Dairə üzrə qeydiyyatdan keçmiş 7 na­mizədin təşviqat kampaniyasına bərabər şərait yaradılıb. Bütün məntəqələrdə təş­viqat lövhələri yerləşdirilib, seçicilərlə gö­rüş üçün qapalı və açıq yerlər ayrılıb.

“Seçki günü səsvermə prosesini 824 müşahidəçi izləyəcək. ATƏT-in Demok­ratik Təsisatlar və İnsan Haqları Bürosu­nun (DTİHB) müşahidəçiləri dairədə və məntəqələrdə seçkiyə hazırlıq prosesini izləyiblər”, - deyə DSK sədri qeyd edib.

Son xəbərlər