Xarici müşahidəçilər Mətbuat Şurasında

post-img

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati və missiyanın media analitiki Kira Kalinina Azərbaycan Mətbuat Şurasında (MŞ) olublar.

Bu barədə “Seçki 2024” Müstəqil Me­dia Mərkəzinə Mətbuat Şurasından məlu­mat verilib. MŞ İdarə Heyətinin üzvləri – qurumun Beynəlxalq əlaqələr komissi­yasının sədri Müşfiq Ələsgərli, komissi­yanın təmsilçiləri – Yeganə Hacıyeva və Azər Həsrətin, həmçinin Şuranın icraçı katibi Əvəz Rüstəmovun iştirak etdiyi gö­rüşdə ölkəmizdə medianın seçkidə iştirakı ilə bağlı məsələlərə dair suallar cavablan­dırılıb, MŞ-nin seçki ilə bağlı fəaliyyəti haqqında bəhs olunub. Bildirilib ki, qurum seçkiqabağı təşviqat mərhələsinin media orqanlarında işıqlandırılması ilə bağlı mo­nitorinq aparır. 

Qeyd edilib ki, monitorinq əsasən ölkə­nin tanınmış, ictimai rəyə təsir göstərən media subyektlərində aparılır, ədalətli rəqabətə zərər gətirən “qara piar” təmayül­ləri diqqətdə saxlanılır, belə hallar baş ver­diyi təqdirdə, bunun yolverilməzliyinə dair müvafiq tövsiyələr ünvanlanır. Seçki günü isə şuranın əvvəlcədən müəyyənləşdirilmiş mobil və şəhər telefon nömrələri “Qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Pro­sesi işıqlandıran jurnalistlər səsvermə baş­ladığı andan bitənədək həmin nömrələrlə əlaqə saxlayaraq mümkün çətinlik və anla­şılmazlıqlar barədə məlumat vermək imka­nı qazanacaqlar.

Bundan başqa, MŞ İdarə Heyətinin üzvləri, eyni zamanda, Mərkəzi Seçki Ko­missiyasında müşahidəçi kimi qeydiyyata alınmış üzvləri də seçkidə jurnalistlərin iş­tirakının monitorinqini aparacaqlar.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə media təmsilçilərinin seçki­ni işıqlandırmaları ilə bağlı müxtəlif detal­lar müzakirə olunub, xarici təcrübədən söz açılıb, habelə Mətbuat Şurasının fəaliyyət istiqamətlərinə, beynəlxalq əlaqələrinə nəzər salınıb.

XQ

Son xəbərlər