Tibbi QHT-lərdən səhiyyəmizin gözləntiləri

post-img

Avqustun 24-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı altında səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-lərin rəhbər şəxsləri ilə görüş keçirilib.

Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsi­nin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Prezident Administrasiyasının Hu­manitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin elm, təhsil, mədəniyyət, səhiyyə və gender siyasəti məsələləri sektorunun baş məsləhətçisi El­çin Adıgözəlov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əli­yeva, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktorunun müavini Araz Nəsirov və digər məsul şəxs­lər iştirak ediblər.

Aparılan ətraflı müzakirələrdə səhiyyə profili üzrə iş aparan QHT-lərdən ictimai gözləntilər, Azərbaycan dövlətinin səhiy­yə siyasətinin prioritetlərinə uyğun olaraq QHT-lərin ümumi işə, o cümlədən xəstə­liklərin müalicəsinə dair tibbi protokolların təkmilləşdirilməsi prosesinə töhfələrinin artırılması imkanları nəzərdən keçirilib.

XQ

Son xəbərlər