Elçin Əmirbəyov Cənub-Şərqi Asiya ölkələrində

post-img

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Tailand, Laos və Vyetnama işgüzar səfər edib.

Səfər çərçivəsində E.Əmirbəyov Vyet­namın vitse-prezidenti Vo Thi An Suan, Laosun baş nazirin müavini, xarici işlər na­ziri Salimsay Kommasit, Tailand Milli As­sambleyanın sədri Vanmuhamadnur Matha və digər rəsmilərlə görüşlər keçirib.

Görüşlər zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı durumu, o cüm­lədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə, həmçinin ASEAN kontekstində əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparı­lıb.

E.Əmirbəyov post-münaqişə mərhələ­sində bölgədə cərəyan edən proseslər və Ermənistanla davam etdirilən sülh prose­sində mövcud vəziyyət və perspektivlər, işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri, habelə minaların tə­mizlənməsi prosesi, ASEAN Regional Mi­natəmizləmə Mərkəzinin dəvəti ilə ANA­MA-nın nümayəndə heyətinin bu günlərdə bölgəyə, o cümlədən Tailand, Laos, Kam­boca və Vyetnama həyata keçirilən işçi səfəri haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Görüşlərdə həmçinin cari ildə ölkə­mizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası­nın Tərəflər Konfransının 29-cu sessiya­sının (COP29) əhəmiyyəti vurğulanıb və bu sahədə ölkələrimiz arasında səmərəli əməkdaşlıq üçün əlverişli imkan yarandığı vurğulanıb.

XQ

Son xəbərlər