Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq

post-img

İlk tədris ilində Qarabağ Uni­versitetində 1104 tələbə təhsil alacaq.

Universitetdən bildirilib ki, tələbələr­dən 980-ni I-IV ixtisas qrupları (o cümlə­dən birinci qrup üzrə 290, ikinci qrup üzrə 330, üçüncü qrup üzrə 330, dördüncü qrup üzrə 30 tələbə) üzrə, 124 nəfəri xüsusi qabi­liyyət imtahanları tələb edən V ixtisas qru­pu üzrə qəbul olub.

Qeyd edək ki, 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində universitetin bakalavriat səviy­yəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.

XQ

Son xəbərlər