Sənət adamları səsvermə gününü gözləyirlər

post-img

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında tanınmış aktrisa, kinoşünas, Xalq artisti Həmidə Ömərova söyləyib. 

O, seçkilərin yalnız siyasi müstəvidə əhəmiyyətli olmadığını vurğulayıb: “Bu, həm də milli mədəniyyətin, o cümlədən kino sənətinin inkişafına təkan verən ha­disədir. Biz sənət adamları olaraq, yeni formalaşacaq parlamentdən Azərbaycan kino sənətinin, bütövlükdə, mədəniyyətin inkişafına yeni nəfəs verə biləcək qanun­lar gözləyirik. Əlbəttə ki, sentyabrın 1-də səsverməyə gedib bir vətəndaş kimi seçki prosesinə öz töhfəmizi verəcəyik”, - deyən H.Ömərova əlavə edib ki, kino sənəti hər bir xalqın özünüifadə vasitəsidir. Kino cameəsi bu sahədə yeni layihələrə, krea­tiv yanaşmalara, dövlət dəstəyinə ehtiyac duyur.

Son xəbərlər