Seçki bülletenləri hazırdır

post-img

Növbədənkənar parlament seçkilə­ri ilə əlaqədar seçki bülletenlərinin ha­zırlanması prosesi başa çatıb. 

Bu barədə məlumat yayan “Seçki 2024” Müstəqil Media Mərkəzi onu da bil­dirir ki, mövcud qayda Mərkəzi Seçki Ko­missiyasının “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini ta­pıb.

Xatırladaq ki, qanunvericiliyə əsasən, seçki bülletenlərinin hazırlanması prosesi səsvermə gününə ən azı 10 gün qalanadək yekunlaşmalıdır. Təqvim Planında pro­sesin avqustun 22-dək başa çatdırılması nəzərdə tutulub.

Son xəbərlər