2 min 471 məntəqədə əlillər üçün pandus quraşdırılıb

post-img

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər ve­rir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) ic­lasında MSK sədri Məza­hir Pənahov deyib.

Onun sözlərinə görə, MSK əlilliyi olan və bu kateqoriya­ya daxil seçicilərin hamısını məntəqələrə dəvət edir. Onların siyahısının hazır olduğunu və səs verəcəkləri məntəqələrdə xüsusi şəraitin yaradıldığını diqqətə çat­dıran M.Pənahov sözlərinə onu da əlavə edib ki, görmə qabiliy­yətində problemi olan seçicilər üçün “Brayl” əlifbası ilə trafaret çap edilib və bütün seçki dairələ­rinə göndərilib.

Son xəbərlər