Ermənistan ABŞ-ın mülki nüvə texnologiyalarına can atır

post-img

Vaşinqton "Saziş 123"də nəzərdə tutulduğu kimi, İrəvana Amerikanın mülki nüvə texnologiyalarına giriş imkanını araşdırır. Bu barədə Ermənistanın “CivilNet” nəşri ABŞ Dövlət Departamentinin bəyanatına istinadən yazır.

Jurnalistlərin fikrincə, “Saziş 123” öz adını Amerikanın atom enerjisi qanununun maddəsinin nömrəsindən alıb. Söhbət Vaşinqtonun "millətlər və millətlər qrupları" ilə yalnız müvafiq razılaşma əldə edildiyi təqdirdə əməkdaşlıq edə biləcəyi vəziyyətdən gedir. Sonuncu dövlət başçısı tərəfindən təsdiqlənir və ABŞ Konqresi tərəfindən ratifikasiya edilir.

“Birləşmiş Ştatlar Ermənistanın "Saziş 123"ə qoşulmaq üçün müraciətini araşdırır”. Təsdiq edilərsə, İrəvan Amerikanın mülki nüvə texnologiyasını ala biləcək”, - Dövlət Departamenti vurğulayıb.

ABŞ Xarici İşlər Nazirliyi əlavə edib ki, ölkə rəhbərliyi Ermənistanla danışıqlar prosesinin təfərrüatlarını açıqlaya bilməz. Bununla belə,  bəyanatda bildirilir ki, Vaşinqton İrəvanın əməkdaşlıq tələbinə “lazımi diqqət yetirir”.

Jurnalistlərin qeyd etdiyi kimi, Ermənistanın “Saziş 123"ə qoşulması respublika üçün yeni Atom Elektrik Stansiyasının (AES) tikintisinə yol aça bilər. Məqalə müəllifləri qeyd ediblər ki, bu qurğu sovet dövründə ölkədə tikilmiş atom elektrik stansiyasını əvəz edə biləcək.

S.ELAY

XQ

 

Son xəbərlər