Vilayət Eyvazov xidmətə qəbul baxışı keçirib

post-img

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov avqustun 21-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 244 nəfər seçim turunun növbəti mərhələsinə buraxı­lıb ki, onlardan da 18 nəfəri Vətən mühari­bəsi iştirakçısıdır.

"Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlə­rindən də uğurla keçərək daxili işlər orqan­larında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib", – məlumat­da qeyd olunub.

XQ

Son xəbərlər