“Exit-poll”çuların qeydiyyatı başa çatır

post-img

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi prosesi bu həftə başa çatacaq.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bu, MSK-nın “Azərbaycan Respublikasının Milli Məclisinə növbə­dənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. 

Seçkilərdə “exit-poll” keçirən təşki­latların akkreditasiyası qaydalarına əsasən, “exit-poll” keçirmək niyyətində olan təşki­latlar səsvermə gününə azı 20 gün qalmış akkreditasiyadan keçmək barədə MSK-ya yazılı müraciət təqdim etməlidirlər. Həmin qaydalara görə, hər bir yazılı müraciətə, onun daxil olduğu gündən başlayaraq 10 gün müddətində MSK tərəfindən baxılma­lı, müraciətlə birgə təqdim olunmuş sənəd­lər araşdırılmalı və müvafiq təşkilatın ak­kreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.

Növbədənkənar parlament seçkiləri ilə bağlı “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi prosesi avqustun 22-də başa çatacaq.

Son xəbərlər