Seçki xəbərləri

post-img

Beynəlxalq müşahidəçilər Beyləqanda 

83 saylı Beyləqan DSK-nın sədri Za­kir Vəlişov “Seçki 2024” Müstəqil Me­dia Mərkəzinə açıqlamasında bildirib ki, ATƏT/DTİHB müşahidəçiləri dairədə seç­kiyə hazırlıq prosesini izləyiblər: “Dairədə qeydə alınmış 6 namizəd mübarizə aparır. Namizədlərin seçkiqabağı təşviqat kampa­niyasını aparmaları üçün qanunvericiliyə uyğun olaraq, hamısına bərabər şərait ya­radılıb. Bütün məntəqələrdə qapalı və açıq görüş yerləri ayrılıb, o cümlədən, təşviqat lövhələri yerləşdirilib”.

Seçkilər ölkəmizi gələcəyə aparır

“İlk dəfə səs vermək mənim üçün bö­yük əhəmiyyət kəsb edir. Bu, yalnız səs vermək deyil, eyni zamanda, gələcəyimi­zin qurulmasında iştirak etmək deməkdir”. Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında parlament seç­kilərində Sumqayıtda ilk dəfə səs verəcək Nuray Əzimli bildirib ki, sumqayıtlı bir gənc olaraq, doğulduğum və böyüdüyüm şəhərin, eləcə də bütün Azərbaycanın xoş­bəxt gələcəyinə səs vermək mənim üçün qürurvericidir: “Düşünürəm ki, seçkilər Vətənimin sabahı üçün mühüm məqamdır və mən bunun bir parçası olduğuma görə çox sevinirəm”.

SMK-nın 75 dairədə nümayəndəsi var

"Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 75 seçki dairəsində 500 nəfərdən çox şəxs ilə müşahidə aparacaq. Müşahidəçilər QHT üzvləri, fəalları və könüllüləridir. Koalisiya müşahidə prosesinə Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Laçın, Kəlbə­cər rayonlarında və Şuşa şəhərində mü­şahidəçi kimi doğma yurdlarına qayıtmış QHT nümayəndələri cəlb olunub.

Bir dairədə 13 namizəd

12 saylı Xəzər birinci Seçki Dairəsinə 37 məntəqə daxildir. Dairə üzrə 47 min 981 seçici qeydə alınıb. Müraciət edən 13 nəfərdən hamısının namizədliyi qeydə alı­nıb. 

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 12 saylı Xəzər birinci DSK-nın sədri Mütəllim Balaqar­daşov deyib. DSK sədri onu da bildirib ki, məntəqə seçki komissiyalarının üzvləri üçün MSK tərəfindən təşkil olunan maarif­ləndirici treninqlər başa çatıb.







Son xəbərlər