Moisey Bekker: Bu seçkilər bir çox əlamətlərinə görə diqqət çəkir

post-img

“Milli Məclisə budəfəki seçkilər bir çox əlamətlərinə görə diqqət çəkir. Bu seçkilər müstəqil Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə yadda qalacaq. Ölkədəki 26 fəal siyasi partiyadan 25-nin iştirak etməsi seçkiləri demokratik göstəricilər baxımdan da diqqət mərkəzinə gətirir. Parlament daxilində onların hər birinin potensialı üzə çıxacaq və Milli Məclisə hansı ideyalarla getdikləri bəlli olacaq”.

Bunu  “Seçki 2024”  Müstəqil Media Mərkəzinə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Moisey Bekker deyib. O qeyd edib ki, Milli Məclisin yeni tərkibi işğaldan azad edilmiş ərazilərin sürətləndirilmiş reinteqrasiyası, iqtisadi inkişafı üçün əlverişli ab-havanın yaradılması, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması, texnoparkların və müasir istehsal müəssisələrinin, səhiyyə ocaqlarının, təhsilin inkişafını nəzərdə tutan qanunların hazırlanmasına maksimum səy göstərməli olacaqdır.

“Mövcud geosiyasi durumda Azərbaycan regional siyasətdə aparıcı oyunçulardan birinə çevrilib. Dünyəvi, multikultural və sürətlə inkişaf edən dövlət digər ölkələr arasında heyranlıqla bərabər əməkdaşlıq da arzusu doğurur”, – deyə M.Bekker fikrini yekunlaşdırıb.

Son xəbərlər