“Azərbaycan–Mərkəzi Asiya–Avropa” yaşıl enerji dəhlizi yaradılır

post-img

Energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti Astana şəhərində keçirilən Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüşdə iştirak edib.

Tədbirlərdə “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar müzakirə olunub. Üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin layihəsinin razılaşdırıldığı, layihənin ilkin texniki-iqtisadi əsaslandırması üçün texniki tapşırığın təsdiq edildiyi, texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın CESI şirkətinin seçildiyi və tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə Birgə Müəssisənin yaradılması barədə razılıq əldə edildiyi bildirilib.

XQ

 

Son xəbərlər