Namizədlərin təşviqat kampaniyası başlayır

post-img

Avqustun 9-da seçicilərlə görüşlərə start veriləcək

Mərkəzi Seçki Komissiyasının (MSK) “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapmış bəndlərdən biri də seçkiqabağı təşviqatın aparılması ilə bağlıdır.

Planda qeyd olunduğu kimi, bu fəaliyyət qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.

Seçki Məcəlləsinə əsasən, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, proses avqustun 31-i səhər saat 08:00-a kimi davam edəcək.

XQ

 

Son xəbərlər