Vətən müharibəsində əldə edilmiş tarixi zəfərdən sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına (Dövlət Komissiyası) və aidiyyəti dövlət qurumlarına daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşmüş bir sıra şəxslər aidiyyəti üzrə qeydiyyatlardan kənarda qalmışlar. Buna səbəb I Qarabağ müharibəsindən sonrakı dövrdə itkin düşmüş bəzi şəxslərin ailə və yaxınlarının onların rəsmi qeydiyyata alınması üçün Dövlət Komissiyasına müraciət etməməsidir.
2024-cü il avqustun 1-nə olan məlumata görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3961 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Onlardan 3953 nəfəri Birinci Qarabağ müharibəsində, 8 nəfəri isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir. Müraciətlərin davam etməsi bunun yekun göstərici olmayacağını deməyə əsas verir.
Bunları nəzərə alaraq, Dövlət Komissiyası qeydiyyatdan kənarda qalmış və yaxınları ilə bağlı DNT nümunələri verməmiş itkin ailələrindən, o cümlədən itkin düşmüş şəxslərə dair məlumatı olan şəxslərdən xahiş edir ki, qısa müddət ərzində İşçi qrupu ilə əlaqə saxlayıb, lazımı məlumatları və DNT nümunələrini təqdim etsinlər.
XQ