Şəhidin nəşi Gəncədə torpağa tapşırıldı

post-img

Birinci Qarabağ müharibəsində itkin düşən və 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən şəhid hərbçi Surxay Rza oğlu Məmmədovun nəşinin qalıqları Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidin cənazə namazı ailəsinin yaşa­dığı evdə qılınıb, ruhuna dualar oxunub. Sonra nəşi Gəncə Şəhidlər xiyabanın­da torpağa tapşırılıb, məzarı üstünə gül dəstələri düzülüb.

Qeyd edək ki, Surxay Məmmədov 1974-cü ildə Daşkəsən rayonunun Qa­baqtəpə kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə müqəddəs şəhidlik zir­vəsinə ucalıb. 

XQ

Son xəbərlər