Xankəndi seçkilərə hazırlaşır

post-img

“Son illər Azərbaycanın ictimai-siyasi həyatına xüsusi yazılan tarixi günlərdən daha birini də yaşayırıq. Müstəqillik tariximizdə ilk dəfə olaraq sentyabrın 1- də Xankəndidə, bütövlükdə, bütün ölkə ərazisində Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Bu Azərbaycanın möhtəşəm qələbəsinin daha bir nümunəsidir. Xankəndi növbəti seçki sevincini yaşamaqdadır. Şəhərdə artıq ikinci seçki məntəqəsi də yaradılıb. Məlum olduğu kimi, bu ilin əvvəlində keçirilmiş prezident seçkilərində Xankəndidə bir seçki məntəqəsi formalaşdırılmışdı. Növbədənkənar parlament seçkiləri ərəfəsində daha bir seçki məntəqəsi Kərkicahanda təşkil olundu. Seçkilərə 5 gün qalmış isə Xankəndidə daimi dislokasiya olunmuş hərbi qulluqçuların səsvermələrinin təmin olunması üçün müvəqqəti seçki məntəqəsi yaradılacaq. Təbii ki, seçki məntəqələrinin artması burada məskunlaşan və uzunmüddətli işləməyə gələnlərin sayının çoxalmasından xəbər verir”.

Bu fikirləri redaksiyamıza 122 saylı Xankəndi seçki dairəsinin sədri Ağalar Əli­yev açıqladı. 

Seçkilərə hazırlıqla əlaqədar ilk təəssü­ratlarını eksklüziv olaraq “Xalq qəzeti” ilə bölüşdüyünü deyən seçki dairəsinin səd­ri hazırda Xankəndidə demokratik, şəffaf və ədalətli seçkilər keçirilməsi üçün ciddi hazırlıq görüldüyünü bildirdi. Onun sözlə­rinə görə, səsverməyə hazırlaşanlar yüksək seçki əhval-ruhiyyəsindədirlər. Qürurverici haldır ki, 122 saylı Xankəndi seçki dairə­sinin 14 saylı seçki məntəqəsinin şəhərin mərkəzi inzibati binasında yerləşir. Bu, həm mənfur ermənilərə, həm də onların havadarlarına güclü zərbədir. Bütün bun­lar Azərbaycanın, onun liderinin gücünün, qüdrətinin göstəricisidir”.

A.Əliyev Prezident İlham Əliyevin 2003-cü ildə ilk dəfə Prezident seçilərkən andiçmə mərasimində verdiyi vədi xatırla­daraq dedi ki, o vaxt dövlətimizin başçısı işğal altında olan torpaqlarımızın mütləq azad ediləcəyini bildirmişdi. Bu gün artıq hər bir azərbaycanlı, eyni zamanda, dünya ictimaiyyəti bu reallığın şahididir. Artıq iş­ğaldan azad edilmiş ərazilərimizdə seçkilə­rin keçirilməsinə də başlanılıb. Fəxr edirəm ki, 122 saylı Xankəndi seçki dairəsinin sədri kimi, seçkilərin təşkil olunmasından tutmuş demokratik, azad və ədalətli keçi­rilməsinə qədər bütün yükün ağırlığını çiy­nimdə daşıyıram. Bütün bunlar dədə - baba torpaqlarımıza əbədi qayıtdığımızın, bu yerləri cənnətə döndərəcəyimizin və ərazi­mizin bir qarışını belə düşmənə verməyə­cəyimizin dünyaya sübutudur.

Dairənin əhatəsində olan seçki məntəqələrində aparılan hazırlıq işlərindən söhbət açan Ağalar müəllim qarşıya çıxan çətinliklərin seçki məntəqələrinin respubli­kamızın müxtəlif yerlərində yerləşməsi ilə əlaqələndirdi. Dedi ki, DSK Bakıda yerləş­sə də, komissiya üzvlərinin günü rayonlar­da keçir: “ On beş daimi seçki məntəqəsi Bakı, Sumqayıt, Göranboy, Ağcakənd, Gəncə, Şəki və digər rayonlarda yerləşir. Bütün məntəqələri gəzmək, onları seçki ləvazimatı ilə təmin etmək böyük zəhmət tələb edir. Çünki seçki məntəqələri seçi­cilərin məskunlaşdıqları regionlarda yara­dılıb. Biz bu işlərin öhdəsindən layiqncə gəlmişik”.

“Bütün işlər MSK –nın hazırladığı təqvim planına əsasən aparılır”– deyən seçki dairəsinin sədri əlavə etdi ki, na­mizədliyin irəli sürülməsi avqustun 2-dək davam edəcək. Artıq vaxt daralıb. Ona görə də namizədlər tələsməli, tələb olunan sənədləri vaxtında təhvil verməlidirlər. İn­diyədək namizədliyin irəli sürülməsi üçün 5 nəfər müraciət edib. Onlardan 2-si siyasi partiyaların nümayəndəsidir, 3 nəfər isə namizədliyini öz təşəbbüsü ilə irəli sürüb. Namizədliklərini irəli sürənlər arasında heç bir ayrı-seçkilik qoyulmayıb və hamı­sına imza vərəqələri verilib. Onların mü­şahidəçilərinin və səlahiyyətli nümayən­dələrinin də qeydə alınmasına əlverişli şərait yaradılıb. Artıq seçici siyahıları da xüsusi lövhələrdən asılaraq məntəqlərin müvafiq yerlərində quraşdırılıb. Ancaq müəyyən səbəblər üzündən seçici siyahı­larında dəyişiklik ola bilər.

Seçki dairəsinin sədri bütün işlərin Seş­ki Məcəlləsinin tələb uyğun qurulmasına çalışdıqlarını dedi: “Hazırda Xankəndi dünyanın diqqət mərkəzindədir. Ümid edi­rik ki, seçkilərin gedişini izləmək üçün bu şəhərə xeyli beynəlxalq müşahidəçi gələ­cək. Ona görə də çalışırıq ki, hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun olaraq yüksək səviyyədə aparılsın. MSK tərəfin­dən hazırlanmış təlimat, yaddaş kitabçaları və digər metodiki vəsaitlər, həmçinin maa­rifləndirmə layihələri bu işlərdə komissiya üzvlərinə yardımçı olur. Şəffaf, demokra­tik, ədalətli seçki keçirmklə dünyaya sübut etməliyik ki, Azərbaycan buna qadirdir və bu torpaqların gerçək sahibləri bizik. Bu, dünya durduqca belə olacaq”.



Son xəbərlər