Naxçıvanda MSK və DİN-in birgə tədbiri

post-img

Naxçıvanda bu il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində seminar-müşavirə keçirilib.

Tədbirdə əvvəlcə ümum­milli liderimiz Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Seminar-müşavirədə MSK və DİN nümayəndələri, muxtar respublika üzrə 6 seçki dairə­sinin dairə seçki komissiyala­rının sədrləri, polis idarələri və şöbələrinin əməkdaşları iştirak ediblər.

Mərkəzi Seçki Komissiya­sının üzvü İlham Məmmədov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyun­larında Azərbaycan cüdoçusu Hidayət Heydərovun fransalı Con Benjamin Qabanı məğlub edərək qızıl medal qazanması münasibətilə təbriklərini çatdı­rıb, seminar-müşavirənin əhə­miyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respub­likası Daxili İşlər Nazirliyinin İctimai təhlükəsizlik idarəsi­nin rəisi Cavid Cəfərov Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsində, seçkiqabağı təşviqat dövründə, habelə səs­vermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşları­nın qanunvericiliklə müəyyən­ləşdirilmiş rol və vəzifələrin­dən danışıb.

Sonra Mərkəzi Seçki Ko­missiyasının üzvü İlkin Şahba­zov seçki subyektləri, onların hüquq və vəzifələri, seçki sub­yektlərinin fəaliyyətinə qanun­suz müdaxilənin yolverilməzli­yi ilə bağlı çıxış edib.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində idarə rəisi Sənan Əliyev seçki kampaniyası döv­ründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əmək­daşlarının hüquq və vəzifələri, seçkidən sonrakı dövrdə seç­ki bülletenlərin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilmə­si zamanı təhlükəsizlik tədbir­lərinin görülməsi barədə məlu­mat verib.

Son xəbərlər