Baş nazir Əli Əsədov Tehranda

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam Respublikası Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib. 

* * *

Azərbaycan Respublikası Prezi­dentinin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov iyulun 30-da İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimin­də iştirak edib.

Bu barədə Nazirlər Kabinetinin mətbu­at xidmətindən məlumat verilib. 

* * *

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 30-da Teh­randa İran İslam Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətin­dən bildiriblər ki, Əli Əsədov Məhəmməd Reza Arefi İranın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Görüşdə iki dövlət arasında tarixi köklərə əsaslanan münasibətlərin hazırkı dönəmdə ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə inki­şafdan məmnunluq ifadə olunub. 

Azərbaycan–İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

XQ





Son xəbərlər