Müsabiqənin başlanma tarixi 31 iyul 2024-cü il. Təchizatçılar tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş təkliflər möhürlənərək qapalı zərfdə təqdim edilməsi üçün son tarix 13 avqust 2024-cü il saat 18.00-dır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin çatdırılma ünvanı– Bakı şəhəri, Heydər Əliyev prospekti 121, “SOCAR Tower”.
Müsabiqədə iştirak haqqı nəzərdə tutulmayıb. Zərflərin açılışı vaxtı və yeri barədə məlumat müsabiqədə iştirak edəcək təchizatçılara veriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən təchizatçılar əlaqələndirici şəxs Leyla İsmayılovaya (əlaqə telefonu– (012) 521 00 00 (daxili 27800), (055) 452 00 99) "[email protected]" mail ünvanı vasitəsilə müraciət edərək müsabiqə barədə ətraflı məlumat və müsabiqədə iştirak etmək üçün vacib olan əlavə sənədləri əldə edə bilərlər.
Müsabiqə komissiyası