BTQ fəaliyyətini beynəlxalq normalar çərçivəsində qurur

post-img

Təəssüf ki, Fransa bir sıra media orqanları kimi, TF1 telekanalı da Azərbay­cana, habelə Bakı Təşəbbüs Qrupuna qarşı qərəzli və qeyri-obyektiv reportaj və məqalələr yayaraq izləyiciləri aldatmaqla məşğuldur. Bu, həm də Fransa­nın kolonializm siyasətinə haqq qazandırmaq, eləcə də bu ölkədən müstəm­ləkəçilik siyasətindən əl çəkməyi tələb edən Bakı Təşəbbüs Qrupunun və digər vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini qaralamağa hesablanıb. 

Bu fikirlər Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasovun Fran­sanın TF1 kanalında efirə getmiş “Xarici müdaxilələr: Azərbaycan Fransada sabitliyi necə pozmağa çalışır” adlı reportaja dair şərhində yer alıb. 

A.Abbasov, həmçinin bildirib: “TF1 kanalının redaksiya heyətinə yaxşı bəllidir ki, beynəlxalq qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəka­tının 2023-cü ildə Azərbaycanda keçirilmiş nazirlər toplantısı çərçivəsində Fransanın kolonializm siyasətindən əziyyət çəkən xalqların nümayəndələri tərəfindən yara­dılıb. 

Əsas missiyası kolonializm və neoko­lonializm siyasətinin fəsadlarını dünya icti­maiyyətinə çatdırmaq, müstəmləkəçilikdən əziyyət çəkən xalqlara apardıqları ədalətli mübarizədə beynəlxalq hüquq çərçivəsində dəstək göstərilməsindən ibarət olan BTQ-nin bu ay birilliyi qeyd edilir. Bir il müd­dətin keçməsinə rəğmən, BTQ tərəfindən BMT-nin qərargahlarında (Nyu-York (2 dəfə), Cenevrə və Vyana), habelə dünyanın müxtəlif ölkələrində 10-dan çox beynəlxalq konfrans təşkil edilib, tədbirlərin yekunun­da iştirakçılar tərəfindən Fransanın dövlət başçısına, beynəlxalq təşkilatların rəhbər şəxslərinə rəsmi Paris tərəfindən törədilən kolonial və neokolonial cinayətlər haqqın­da məlumatlar təqdim olunub, müvafiq pe­tisiyalara start verilib.

Bu xüsusda, cari ilin mayında Yeni Ka­ledoniyada baş vermiş iğtişaşlarda BTQ-nin rolunun vurğulanmasının əvəzinə, Fransa hökumətinin yerli kanak xalqının 2021-ci il referendumunun nəticələrinin ləğvi və səsvermə hüququna malik olan şəxslərin sayının qeyri-qanuni, məqsədli şəkildə çoxaldılmasının dayandırılması ilə bağlı yerli xalqın tələblərinə məhəl qo­yulmamasına diqqətin cəlb edilməsi yaxşı olardı.

BTQ-ni 14 min kilometr uzaqda iş aparmaqda ittiham edən Fransa mediası öz hökumətinə sual verə bilər ki, Fransadan 17 min kilometr uzaqda yerləşən bu ərazilərin bu ölkəyə nə aidiyyəti var?

TF1 telekanalının BTQ-nin fəaliyyə­tinə qarşı qərəzli mövqeyinin kökündə TF1 Qrupun Ara Aprikiyan kimi erməniə­silli şəxslər tərəfindən idarə olunması faktı durur. Qeyd edək ki, jurnalistika etikasını kobud şəkildə pozmağa vərdiş edən fransız mediası bu dəfə də reportaj hazırlayarkən BTQ ilə əlaqə saxlamayıb, mövqeyimizi sorğu etməyib.

BTQ heç bir ölkənin daxili işlərinə qa­rışmır və fəaliyyətini beynəlxalq normalar çərçivəsində qurur. Təşkilatımız müstəm­ləkəçilik siyasətindən zərər çəkən xalqların öz azadlıqlarından və hüquqlarından tam istifadə edə biləcəkləri bir dünya naminə mübarizəni bundan sonra da davam etdirə­cəkdir”

Son xəbərlər