Mikayıl Cabbarov Ali Kibar ilə görüşüb

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Kibar Holding” şirkətinin İdarə Heyətinin sədri Ali Kibar ilə görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə bir­liyi və uğurlu iqtisadi tərəfdaşlıq plat­formasının birgə təşəbbüslərin reallaş­dırılması nəticəsində yeni məzmunlarla zənginləşdiyi diqqətə çatdırılıb.

Tərəflər əlavə dəyər yaradan sahələrdə əməkdaşlığın gücləndiril­məsi, sənaye məhsullarının istehsalına investisiya yatırımlarının təşviqi, ener­getika sektorunda fəal tərəfdaşlığın dəstəklənməsi kimi məsələləri müza­kirə ediblər.

XQ

Son xəbərlər