Ən yaşlı kişi və qadın seçiciləri

post-img

Azərbaycanın ən yaşlı qadın seçici­si Əzizova Tamam Əli qızıdır. 1890 – cı ilin yanvar ayında Cəlilabad rayonunun Tokrovka kəndidnə anadan olub. Hazırda Lənkəran rayonunun Şiləvar kəndində ya­şayır. 134 yaşlı Tamam Əzizova 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı seçki məntəqəsində səs verəcək. 

Ən yaşlı kişi seçicisi isə 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur. O, Ağcabədi rayonunun Sarıcalılar kəndində doğulub. 109 yaşlı H.İbrahimov hazırda Bakı şəhərinin Sabunçu rayonunda yaşa­yır və Zabrat qəsəbəsindəki 37 saylı seçki məntəqəsində səs verəcək. II Dünya mü­haribəsinin veteranı H.İbrahimov 10 övlad atasıdır, 22 nəvəsi, 18 nəticəsi var





Son xəbərlər