Azərbaycan–Somali: ikitərəfli və çoxtərəfli əməkdaşlıq dərinləşir

post-img

İyulun 26-da xarici işlər naziri Cey­hun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq na­ziri Əhməd Moallim Fiqi ilə görüşüb. 

Nazirlər arasında baş tutan təkbətək gö­rüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə da­vam etdirilib. 

Ceyhun Bayramov Azərbaycanla Somali arasında diplomatik münasibətlərin qurulmasından ötən 20 il ərzində, xüsusilə son illərdə ölkələrimiz arasında təmasla­rın artmasının əməkdaşlıq perspektivləri­nin müzakirəsində faydalı rol oynadığını diqqətə çatdırıb. 

Bir sıra istiqamətlər, o cümlədən, kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənaye­si, “yaşıl enerji”, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğu, bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin apa­rılmasının əhəmiyyəti qeyd olunub. 

Beynəlxalq və regional təşkilatlar, xü­susilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qar­şılıqlı hörmət, dəstək və həmrəyliyə əsas­lanan əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb. Somalinin 2025–2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına qey­ri-daimi üzvlüyü müddətində beynəlxalq sülh və təhlükəsizlik səylərinin tərəfimiz­dən dəstəklənəcəyi ifadə olunub. Bunun­la yanaşı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmi­zin təhsil təqaüd proqramlarından Somali­nin faydalana biləcəyi diqqətə çatdırılıb. 

Ölkəmizin cari ildə BMT-nin İqlim Də­yişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində Somali ilə əməkdaşlığa hazır olduğu diqqətə çatdırı­lıb.

Qoşulmama Hərəkatına sədrliyimizin Afrika ölkələri ilə əlaqələrimizin güclən­dirilməsinə töhfə verdiyini diqqətə çatdıran Ceyhun Bayramov əməkdaşlığın inkişafı­nın prioritetlərimizdən birini təşkil etdiyi­ni, bu istiqamətdə ölkəmizin Afrika İttifaqı Komissiyası ilə münasibətlərin genişləndi­rilməsi niyyətində olduğunu bildirib.

XQ

Son xəbərlər