Bahar Muradova Samuxda vətəndaş müraciətlərini dinləyib

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Mura­dova Samuxda vətəndaşları qəbul edib. Komitədən XQ-yə verilən xəbərə görə qəbul zamanı Gəncə şəhər, Samux və Kəlbəcər rayon sakinlərinin müraciətləri dinlənilib.

Qəbuldan öncə ümummilli lider HeydərƏliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin eh­tiram bildirilib.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında ailədaxili münasibətlər, uşaqlarla ünsiyyət, işlə təmin olunma, boşanmadan sonra yara­nan hüquqi problemlərin həlli, uşaq hüquq­ları və digər məsələlər yer alıb.

Qaldırılan məsələlərin hərtərəfli öy­rənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araş­dırma tələb edən müraciətlər qeydə alına­raq, icraata götürülüb.

Zərifə HÜSEYNOVA
XQ

Son xəbərlər