Dünən Mətbuat Şurasında“Məişət zorakılığının qarşısının alınmasında medianın rolu” mövzusunda konfrans keçirilib. Tədbirlər media, QHT təmsilçiləri, ekspertlər və sosial media fəalları iştirak ediblər.
Azərbaycan Jurnalistlərinin Həmrəylik Komitəsi İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilmiş tədbirdə məişət zorakılığı ilə bağlı mühüm məsələlərə toxunulub.
Layihənin koordinatoru Mədət Məmmədov bildirib ki, təəssüf ki, bəzən məişət zorakılığına məruz qalmış şəxslərin hekayələri sensassiya yaratmaq, auditoriya cəlb etmək naminə kontekstdən çıxarılır, yanlış şərhlər verilir. Bəzi informasiyalarda isə zorakılığa haqq qazandırılır. Bu isə məişət zorakılığının getdikcə artmasını stimullaşdırır. Məişət zorakılığı ilə mübarizədə KİV-in fəaliyyətinin düzgün istiqamətə yönləndirilməsi üçün media işçilərinin özlərinin təlimatlandırılması zəruridir.
Tədbirdə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin sədri Əvəz Rüstəmov, jurnalist Nəsimi Nizamioğlu, Mətbuat Şurasının komissiya üzvü, Əməkdar jurnalist Əminə Yusifqızı, “Xalq qəzeti”nin əməkdaşı Rizvan Fikrətoğlu və digər şəxslər çıxış edərək, mövzunun aktuallığından bəhs ediblər.
XQ