Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.
DİN mətbuat xidmətinin məlumatına görə, iyulun 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tapança, 1 qumbara, 3 tüfəng, 5 patron darağı və 65 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir. İyulun 22-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 14 ədəd patron aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ