Payız-qış mövsümünə hazırlıq müzakirə edilib

post-img

2024–2025-ci il istilik enerjisi təchizatı sahəsində pa­yız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, iclas­da istilik enerjisi təchizatı sahəsində 2024–2025-ci il payız-qış mövsümünə hazırlıq məsələləri, istilik təchizatını təmin edən qazanxana və istilik məntəqələrinin istismara hazırlıq vəziyyə­ti, habelə istilik xidmətlərinin göstərilməsində “Azəristiliktəchi­zat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi, qarşısında duran vəzifələr və digər məsələlər ətraflı müzakirə olunub. 

Energetika, İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar nazir­liklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətli nü­mayəndələrinin iştirak etdikləri iclasda məruzələr dinlənilib. 

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərar­lar qəbul edilib, aidiyyəti qurumlara istilik xidmətlərinin keyfiyyə­tinin artırılması, istilik təsərrüfatı avadanlıqlarının tam işlək və­ziyyətə gətirilməsi, istilik təchizatında fasilələrin yaranmaması, həmçinin digər təcili və təxirəsalınmaz addımlarla bağlı müvafiq tapşırıqlar verilib.

Son xəbərlər