Nazir Fərid Əhmədov Qusarda görüş keçirib

post-img

İyulun 22-də ədliyyə naziri Fərid Əhmədov Qusar şəhə­rində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlarla gö­rüşüb. 

Ədliyyə Nazirliyindən bildirilib ki, qəbuldan əvvəl Fərid Əh­mədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb. Əlavə araşdırma tələb edən digər müra­ciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəh­bər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Səfər çərçivəsində nazir, həmçinin Qusar rayon icra və pro­basiya, eləcə də qeydiyyat şöbələrinə və Qusar Rayon Məh­kəməsinə baş çəkib, infrastruktur və iş şəraiti ilə tanış olub. 

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və ra­yonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.

Son xəbərlər