Azərbaycan liderinin Şuşa Media Forumunda çıxışı xarici mediada

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasi­yaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, dünyanın müxtəlif ölkələrində jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar dünya mediasının diqqət mərkəzində olub.

Dövlətimizin başçısının fikirləri Türkiyənin aparı­cı media orqanları tərəfindən də geniş işıqlandırılıb. “TRT Haber”, “Akit”, “Star”, “Aydınlık” portalları yazıb ki, Prezident İlham Əliyev Ersin Tatarın Türk Dövlət­ləri Təşkilatının qeyri-rəsmi Şuşa Zirvə görüşündə iştirakının Şimali Kipr Türk Cümhuriyyətinin müstəqil­liyinin tanınmasına doğru atılan önəmli bir addım ol­duğunu bildirib. Deyib ki, biz hər zaman kiprli qardaş­larımızla birlikdə olacağıq.

Anadolu Agentliyi, “Haberler” saytı isə Azərbay­can Prezidentinin İsrail-Fələstin münaqişəsi ilə bağlı fikirlərinə diqqət çəkib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolunun yeganə çıxış yolu olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Fələstin dövlət qurmalı və Şərqi Qüds onun paytaxtı olmalıdır.

“Akşam” portalı, “TRT Avaz” kanalının saytı isə dövlətimizin başçısının “Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik” fikrini oxucuların diqqətinə çatdırıb. Qardaş ölkənin digər mətbuat orqanları da Azərbaycan Prezidentinin fikir­lərini geniş oxucu kütləsinə təqdim edib.

***

Pakistanın “Associated Press” nəşri yazır ki, Forumdakı çıxışında Azərbaycan Preziden­ti İlham Əliyev Pakistan mediasının daha geniş əməkdaşlığa kömək etmək və dezinformasiyaya qarşı mübarizə aparmaq üçün birgə media təşəb­büsünə zəmin hazırlayan dəstəyini yüksək qiy­mətləndirib. 

Portal dövlətimizin başçısının bu fikrinə diqqət çə­kib: “Biz birgə media işçi qrupu da yarada bilərik ki, bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyək”

***

Rusiya mediası da Azərbaycan Prezidentinin Forumdakı fikirlərini diqqət mərkəzində saxlayıb.

TASS, “İnterfax” agentlikləri, “Vestikavkaza”, “Aif”, “Ren.tv”, “News.ru” və digər mətbu orqanların­da dərc olunan informasiyalarda dövlətimizin başçı­sının müxtəlif mövzularla bağlı fikirləri təqdim olunub. TASS agentliyi Azərbaycan Prezidentinin Avropaya qaz təchizatı ilə bağlı bu fikrini sitat olaraq gətirib.

“Vestikavkaza”da dərc olunan materialda isə dövlətimizin başçısına istinadla qeyd edilir: “Cənu­bi Qafqaz ölkələrinin hər birində çox ciddi siyasi və xarici siyasi transformasiyalar baş vermişdir və baş verməkdədir. Hətta deyərdim ki, kəskin dəyişikliklərə yaxın transformasiyalar baş vermişdir və bu da Cə­nubi Qafqazda yeni vəziyyətin üzə çıxması deməkdir və biz bunu dərindən başa düşməliyik”.

***

ABŞ mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışından yazır.

Azərbaycan Prezidenti İlham Əliyevin “Yalan mə­lumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı səsləndirdiyi fikirlər, beynəlxalq ekspert və jurnalistlərin sualları ilə bağlı şərhləri ABŞ media­sında da işıqlandırılıb.

“Bloomberg” nəşri ölkə başçısının Rusiyanın Ukrayna ərazisindən Avropaya qaz nəqlini 2025-ci ildə dayandıracağı və Azərbaycan qazının Avropaya çatdırılması ilə bağlı fikirləri barədə yazıb. Yazıda da qeyd olunduğu kimi, Prezident İlham Əliyev bildirib ki, Ukrayna və Avropa İttifaqı bu müqavilənin uzadılma­sında yardımçı olmaq üçün Azərbaycana müraciət edir.

***

Dünyanın nüfuzlu nəşrlərindən olan “Reuters” və “Politico” Prezident İlham Əliyevin Forumdakı çıxışında Fransanın müstəmləkə altında saxladı­ğı ərazilərlə bağlı fikirlərinə geniş yer verib.

Xəbərlərdə vurğulanıb ki, Prezident İlham Əliyev kolonializmdən əziyyət çəkən bütün xalqları dəstək­ləməyə davam edəcəyini, Qəmər adaları, Mayot adası kimi ərazilərin hələ də kolonial idarəçilik altında olduqlarını deyib. Yazılarda dövlətimizin başçısının “Azərbaycan bu ölkələrə kömək etmək istəyir ki, on­lar keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər” fikri də oxuculara çatdırılıb.

***

Almaniyanın “Berliner-zeitung” nəşrində ya­yımlanan məqalədə Prezident İlham Əliyevin Forumun açılışında COP29-da Azərbaycanın pri­oritetləri barədə qısa məlumat verdikdən sonra iştirakçıların suallarını cavablandırdığı qeyd olu­nub. 

Bildirilib ki, Azərbaycanın COP29 təşkilatçıları­nın diqqəti formatın səmərəliliyini artırmağa yönəlib. COP29-da ən kritik açıq suallardan biri iqlim-neytral qlobal iqtisadiyyata çevrilmə ilə bağlı yüklərin bölüş­dürülməsi olacaq. 

***

İtaliyanın media orqanları da Azərbaycan Pre­zidentinin Şuşa Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlərə geniş yer ayı­rıb.

Ölkənin “Color News”, “Agenzia Nova”, “Avia-pro”, “MarketScreener” kimi xəbər portallarında ya­yımlanan materiallarda Azərbaycan Prezidentinin müxtəlif ölkələrdən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar diqqət mərkəzində saxlanılıb. Bundan başqa, mate­riallarda Azərbaycan Prezidentinin ölkəmizin Fransa müstəmləkə ərazilərinə öz müstəqilliyini təmin et­məyə kömək edəcəyini bildirdiyi qeyd olunub. 

***

Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan “Arab News” nəşri oxucularına Azərbay­can Prezidenti İlham Əliyevin iyulun 20-də “Ya­lan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Fo­rumunun açılış mərasimində çıxışı zamanı Fran­sanın müstəmləkəçi siyasəti haqqında səsləndir­diyi fikirləri təqdim edib.

Məqalədə Azərbaycan və Fransa münasibətləri təhlil olunub. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Qoşulmama Hərəkatının bir çox üzvünün keçmişdə müstəmləkəçiliyin qurbanı olduğunu bildirib. “Arab News” diqqətə çatdırıb ki, bu həftənin əvvəlində Bakıda Yeni Kaledoniya və Fran­sanın digər ərazilərindən, o cümlədən Korsika, Karib dənizi və Sakit okean adalarından müstəqillik tərəf­darı olan qrupların iştirak etdiyi konqres keçirilib. 

***

Şuşa Forumu Gürcüstan portalları tərəfindən də geniş işıqlandırılıb. Bu ölkənin “interpress.ge”, “aktual.ge”, “realnews.ge” informasiya portalları, “1tv.ge” televiziya kanalı Azərbaycan Prezidentinin dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandırdığını qeyd edib.

Aktual.ge” portalı dövlətimizin başçısının bu fikrini sitat gətirib: “Biz heç bir zaman nə işğalı, nə fəsad­ları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək.

***

Ukraynanın “RBK-Ukrayna”, UNIAN, “Yev­ropeyskaya Pravda”, “UKR.net”, “ZN.ua”, “Ua­news.ua” və digər informasiya agentlikləri, xəbər portallarında dərc olunan məqalələrdə dövləti­mizin başçısının Azərbaycanın Avropanın enerji, təbii qaz təchizatındakı rolu, kolonializmdən əziy­yət çəkən bütün xalqları dəstəkləyəcəyinə dair fikirləri yer alıb.

“RBK-Ukrayna” agentliyi yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyini, əlin­dən gələni əsirgəməyəcəyini vəd edib. 

***

Misirin “Mena” xəbər agentliyinin, “akhbarel­yom”, “amanataljouf” portallarının yaydıqları ma­teriallarda Prezident İlham Əliyev iqlim dəyişikliyi nəticəsində yaranan fəsadlara qarşı mübarizə yolları ilə bağlı məsələlərdə inkişaf etmiş və inki­şaf etməkdə olan ölkələrin mövqelərində etimad boşluğunu azaltmaq üçün ölkəsinin səylərini diqqətə çatdırdığı vurğulanıb.

Bildirilib ki, Azərbaycanın bu il ev sahibliyi edəcə­yi COP29 bu ölkənin təmiz enerjinin inkişafı planları­nın həyata keçirilməsinin davam etdirilməsi ilə bağlı qlobal tendensiyanı dəstəklədiyini göstərir.

***

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasi­yaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlo­bal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavab­lar Rumıniya və Bolqarıstan mediasının diqqət mərkəzindədir.

Rumıniyanın “Gandul”, Bolqarıstanın “Episentr”, “Seqa” və digər nəşrləri də Prezident İlham Əliyevin Azərbaycanın Qlobal Şimal ilə Qlobal Cənub ara­sında körpülər qurmasını, Qoşulmama Hərəkatına sədrliyini, eyni zamanda, ölkəmizin ABŞ-la münasi­bətlərinə dair fikirlərini geniş oxucu kütləsinə təqdim ediblər.

XQ











Son xəbərlər