Moldova portalı Prezident İlham Əliyevin Avropa səfərindən yazıb

post-img

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakına dair geniş məqalə dərc edib.

“İlham Əliyevin Avropa Siyasi Birliyi­nin Zirvə toplantısında görüşləri” sərlö­vhəli məqalədə dövlətimizin başçısının dünya liderləri ilə apardığı müzakirələr barədə ətraflı məlumat verilib.

Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyevin Böyük Britaniya və Şi­mali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer, Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Fri­den, İsveçrə Konfederasiyasının Pre­zidenti Viola Amherd, Macarıstanın Baş naziri Viktor Orban ilə söhbəti zamanı ikitərəfli və regional məsələlər müzakirə edilib. Görüşlərdə Azərbay­canın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb. Eyni zaman­da, ölkələr arasında ikitərəfli müna­sibətlərə toxunulub, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu diqqətə çatdırılıb.

Yazıda Azərbaycan Prezidentinin görüşlərdə səsləndirdiyi fikirlərə geniş yer ayrılıb.

Son xəbərlər