“AzərEnerji”nin ekoloji layihələri

post-img

Qarabağ və Şərqi Zəngə­zur regionunda dairəvi elektrik təchizatını gücləndirmək, bu ərazilərdə istehsal olunan “ya­şıl enerji”ni enerjisistemə ötür­mək, o cümlədən ixrac etmək və digər mühüm əhəmiyyətli pers­pektiv məqsədlər üçün həyata keçirilən işlər çərçivəsində 330 kilovoltluq “İmişli” yarımstan­siyası “AzərEnerji” tərəfindən genişləndirilərək tam yenidən qurulur. 

Bu yarımstansiya da digər ya­rımstansiyalar kimi dördüncü sənaye inqilabına uyğun olaraq perspektiv nəzərə alınmaqla müasir avadanlıq­larla təchiz edilir.

Buna qədər isə “İmişli” yarıms­tansiyasından “Cəbrayıl” Enerji Qo­vşağına 130 kilometr məsafədə 330 kilovoltluq ötürmə xətti çəkilib və işlər yekunlaşıb, xətt gərginlik altındadır.

Qeyd edək ki, ölkələrarası bey­nəlxalq enerji dəhlizi layihəsinin tərkib hissəsi olaraq 330 kilovoltluq “İmişli” yarımstansiyasından başqa 330 kilovoltluq “Ağcəbədi” yarıms­tasiyası da “AzərEnerji” tərəfindən genişləndirilərək yenidən qurulub və bu yarımstansiyadan Cəbrayıla 132 kilometr məsafədə 330 kV-luq ötür­mə xətti çəkilib. Eyni zamanda bey­nəlxalq əhəmiyyətli “Cəbrayıl” Enerji Qovşağı tikilərək istismara verilib. “İmişli” yarımstansiyasında isə işlə­rin yaxın aylarda başa çatdırılması nəzərdə tutulub.

XQ

Ekologiya