Keramik günəş panelləri  indikindən 1000 dəfə güclüdür

post-img

Günəş panelləri geniş ərazi tutur. Yeni kəşf bu problemi aradan qaldırıb.  Ekspertlər qrupu misilsiz potensialı və inanılmaz dərəcədə kiçik ölçüləri olan  ilk fotoelektrik keramika panelləri yaratmağa müvəffəq olub. 

Bu panellər günəşə yönəlmiş köhnə silikon lövhələrdən 1000 dəfə güclüdür. Yəni onun  1 kvadratmetr səthi  adi Günəş panelinin 1 min kvadratmetr səthi qədər elektrik enerjisi istehsal edir. Belə keramika o xassələrinə ilə seçilir və nanostrukturuna görə yüksək performansa malikdir. O, iki mühüm komponentdən ibarətdir. Birinci material yaxşı işıq udma əmsalı ilə, ikincisi isə elektrik keçiriciliyinə görə fərqlənir. Artıq fotoelektrik enerji özünü güclü mənbə kimi sübut edib, hətta nüvə enerjisi ilə rəqabət aparır. 

 İşığı udan təbəqədə alüminium oksidi və perovskit (Kalsium titanat) nanohissəciklərindən istifadə edilir. Bu iki element əla işıq udma xüsusiyyətlərinə malikdir. Perovskitlər yüksək dayanıqlı alüminium oksidin içərisinə yerləşdirilir, bu da onları istilikdən, nəmdən və mexaniki təsirdən qoruyur.

Günəş işığı keramikaya düşdükdə, perovskit nanohissəciklərindəki elektronlar həyəcanlanır və daha yüksək enerji səviyyəsinə keçir. Elektronlar daha sonra çox səmərəli şəkildə toplanır və keramikadakı kanallar olan alüminium oksidi kristallarına nəql olunur. Daha sonra elektrik cərəyanı yaratmaq üçün səthə çıxarılırlar. 

Spesifik struktur keramikaya günəş enerjisini bütün səthində bərabər şəkildə toplayıb saxlamağa və 1500 °C temperatura çatmağa imkan verir. 

PÜNHAN 
XQ

 

Son xəbərlər