Türkiyəli alim LDU-da olub

post-img

Türkiyə Respublikasının Ege Universitetin professoru Aziz Eftekhari Lənkəran Dövlət Universitetində (LDU) olub. LDU-nun rektoru, prof. Natiq İbrahimov hörmətli qonağı qəbul edib. Çay süfrəsi arxasında hər iki ali təhsil müəssisəsi arasında əlaqələrin genişləndirilməsi müzakirə mövzusu olub.

Bu barədə universitetdən XQ-ə məlumat verilib.

Bildirilib ki, söhbət zamanı birgə elmi tədqiqat əlaqələri və elmi nəşrlər, elmi layihələrin icrası, konfrans, seminar və simpoziumların keçirilməsi, yeni elmi-tədqiqat laboratoriyaların qurulması və s. barədə fikir mübadiləsi edilib, müzakirə aparılıb. Görüş zamanı xatirə hədiyyələri təqdim edilib, xatirə fotoları çəkilib.Görüşdən sonra türkiyəli qonaq LDU- nun elmi- tədqiqat laboratoriyaları ilə tanış olub, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran Çay filialı və Lənkəran "MMC" Çay fabrikinə baş çəkib, iş prosesini izləyib.

Qeyd edək ki, Bakı Dövlət universitetinin kafedra müdiri prof. Rövşən Xəlilov da türkiyəli qonağı Lənkərana səfərində müşayiət edib.

 

Son xəbərlər